Azərbaycan Premyer Liqasında debüt edəcək “Turan Tovuz” bilet satışına başlayır.
Apasport.az saytının məlumatına görə, Futbolun İnkişaf Fondu və klub 2022/23 mövsümü üçün limitli sayda mövsümi biletləri təqdim edib.
500 ədəd satışa çıxacaq biletin birinin qiyməti 59 manat təşkil edir. Bu biletləri əldə edən azarkeşlər stadionun ən yaxşı yerlərinin birindən klubun keçirilən bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə bilər.
Mövsümi bilet alan şəxsə klubun atributları da təqdim olunacaq.
Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada ilk oyununu öz meydanında “Qəbələ”yə qarşı keçirəcək. I turun matçları 5-7 avqust tarixlərində keçiriləcək.
- “Gəncə” voleybol komandasında ayrılıq yaşanıb
- Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
- Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib
- “Quba”nın baş məşqçisi: “Komandamız sonda sözünü dedi və qələbə qazandıq”
- Təxirə salınan “Qəbələ” – “Turan Tovuz” oyunu 2026-cı ildə keçiriləcək