"Turan Tovuz"dan ayrıldı, "Mingəçevir"ə keçdi
27.01.2025 - 17:35
!["Turan Tovuz"dan ayrıldı, "Mingəçevir"ə keçdi](https://apasport.az/storage/news/2025/january/27/big/6797886f4c4736797886f4c47417379841116797886f4c4716797886f4c472.png)
“Mingəçevir” heyətinə yeni futbolçu qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
I liqa təmsilçisi Murad Dadaşevi transfer edib. 20 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Muradın son klubu “Turan Tovuz” olub.
Qeyd edək ki, "Mingəçevir" hazırda 1-ci liqanın turnir cədvəlində 6 xalla sonuncudur.
0
0