Türkiyəli mütəxəssis Moldova klubunu çalışdıracaq
18.10.2024 - 11:19
Türkiyəli məşqçi Hikmet Karaman Moldova klubuna rəhbərlik edəcək.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis "Zimbru"ya baş məşqçi təyin edilib. Bu barədə Moldova klubunun mətbuat xidməti məlumat yayıb.
Karaman Kişinyov təmsilçisi ilə 1,5 illik müqaviləyə qol çəkib.
64 yaşlı mütəxəssis son dəfə “Adana Demirspor”da işləyib. O, karyerası ərzində “Kocaelispor”, “Ankaragücü”, “Rizespor”, “Alanyaspor”, “Kayserispor” kimi komandalarda çalışıb.
- Orşiç Xorvatiya liderindən İngiltərə autsayderinə keçdi – RƏSMİ
- İngiltərənin məşhur klubları "Real Madrid"in forvardı ilə maraqlanır
- Yığmamız Bəhreyni böyük hesabla məğlub etdi - YENİLƏNİB
- Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar
- Lionel Skaloni: "Futbolçular elə qaçırlar, sanki sabah yoxdur"
0
0