Tyaqo Silva 15 il sonra doğma klubuna geri dönüb
07.05.2024 - 20:33
![Tyaqo Silva 15 il sonra doğma klubuna geri dönüb](https://apasport.az/storage/news/2024/may/07/big/663a456e1d091663a456e1d0921715094894663a456e1d08f663a456e1d090.jpg)
Tyaqo Silva karyerasına Braziliyada davam edəcək.
Apasport.az xəbər verir ki, 39 yaşlı müdafiəçi “Fluminense”də çıxış edəcək.
Silva 15 ildən sonra doğma klubuna azad agent kimi dönüb. O, 2006-2009-cu illərdə komandanın şərəfini qoruyub.
Qeyd edək ki, təcrübəli futbolçu son 4 mövsümü “Çelsi”də oynayıb. Tyaqo 152 matçda 9 qol vurub, 4 ötürmə verib.
0
0