“Fənərbaxça” Jorjinyo üçün hərəkətə keçir
28.09.2023 - 16:37

“Fənərbaxça”nın qış transferində almaq istədiyi ilk futbolçu bəlli olub.
Apasport.az saytı xəbər verir ki, İstanbul klubu “Arsenal”ın mərkəz yarımmüdafiəçisi Jorjinyonu gözaltı edib.
“Topçular”da baş məşqçi Mikel Artetanın planlarına daxil olmayan braziliya əsilli 31 yaşlı italyan bu keçidə qarşı deyil. London klubunda özünü xoşbəxt hiss etmədiyini deyən futbolçunun qışda türklərə qoşulması gözlənilir.
Qeyd edək ki, İtaliya millisinin də şərəfini qoruyan Jorjinyo bu mövsüm 6 matçda iştirak edib.
- Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini dayandırıb
- “Bavariya” müdafiəçisi ilə danışıqlara başladı
- Ukraynalı futbolçu: “Bakı ailəmin təhlükəsiz yaşadığı gözəl şəhərdir” - MÜSAHİBƏ
- Simeone: “Özümü “Real”da, Ronaldonu da “Atletiko”da görmürəm”
- Taekvondoçularımız lisenziya turnirinə qatılacaqlar
0
0