“Uembley”də güclü təhlükəsizlik tədbiri
17.10.2023 - 19:19
![“Uembley”də güclü təhlükəsizlik tədbiri](https://apasport.az/storage/news/2023/october/17/big/652e945d9d3f8652e945d9d3f91697551453652e945d9d3f6652e945d9d3f7.png)
AVRO-2024 təsnifat mərhələsi çərçivəsində “Uembley”də baş tutacaq İngiltərə - İtaliya oyunundan öncə təhlükəsizlik tədbirləri daha da sərtləşəcək.
Apasport.az xəbər verir ki, London polisi oyun zamanı azərkeşlərin özlərini təhlükəsiz hiss etmələri üçün bütün lazımi tədbirləri görəcəyini bildirib. Belə ki, hüquq-mühafizə orqanları bu məqsədlə xüsusi tədbirlər planı hazırlayıblar.
Qeyd edək ki, bu qərarın alınmasına bir gün əvvəl baş tutmuş Belçika - İsveç oyununda 2 tərəfdarın qətli səbəb olub.
0
0