Aleksey Baqa “Sumqayıt”ı Türkiyəyə aparır
20.06.2022 - 14:06
“Sumqayıt”ın yay hazırlıq planı bəlli olub.
Klubdan apasport.az saytına verilən məlumata görə, “Gənclik şəhəri” təmsilçisi iyunun 27-dən etibarən 2022/2023 mövsümü üçün hazırlıqlara start verəcək.
Hazırlığın ilk mərhələsini iyulun 15-dək Sumqayıtda keçirəcək Aleksey Baqanın yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.
“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. Bu müddət ərzində komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix hələ dəqiqləşməyib.
- “Qalatasaray” aidiyyatı qurumlara müraciət etdi
- Laurentsiu Regekampf: “Sağa-sola çox epizod xərclədik”
- Donald Gerye: “Onlar uğur istəyirlərsə, “Qarabağ”ı izləsinlər” - MÜSAHİBƏ
- Toni Kroos: “Pedri, Lamin Yamal və Robert Levandovskidən daha vacib oyunçudur”
- 26 il sonra ilk: Autsayderdən 5 qollu qalibiyyət
0
0