UFC azərbaycanlı idmançı barədə film çəkdi - VİDEO
15.02.2023 - 23:53
![UFC azərbaycanlı idmançı barədə film çəkdi - VİDEO](https://apasport.az/storage/news/2023/february/16/big/63ed3d7ac567163ed3d7ac5672167649215463ed3d7ac566f63ed3d7ac5670.png)
ABŞ-ın məşhur UFC təşkilatı azərbaycanlı MMA idmançısı Nazim Sadıxov barədə film çəkib.
Apasport.az saytının məlumatına görə, filmin bu gün çıxan ilk hissəsində Nazimin ABŞ-dakı həyatı, UFC-yə necə düşməsi, vətəni Azərbaycana ilk gəlişi və s. məsələlər görüntüyə alınıb.
Qeyd edək ki, 28 yaşlı Nazim Sadıxov UFC-də debütünü fevralın 18-də edəcək. O, ABŞ-ın Las Veqas şəhərində keçiriləcək "UFC Fight Night 219" turnirində yerli idmançı Evan Elderlə döyüşəcək.
0
0