Utziq "Zirə"ni tərk etdi - RƏSMİ
20.08.2025 - 16:04
Utziq "Zirə"ni tərk etdi - RƏSMİ

Daha öncə xəbər verdiyimiz kimi, Rafael Utziq "Zirə"dən ayrılıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Braziliyalı hücumçu karyerasını Vyetnamda davam etdirəcək. O, “Ho Çi Minh Siti Polis” klubuna bir illik icarəyə verilib. 

Qeyd edək ki, Rafael Utziq 2024-cü ilin yanvar ayından "Zirə"də çıxış edir.