Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatının əsasnaməsinə dəyişiklik edib.
Apasport.az AVF-yə istinadən xəbər verir ki, kişi voleybolçular arasında Yüksək Liqada oyunlar əvvəl nəzərdə tutulduğu kimi 4 deyil, 6 dövrə davam edəcək.
Daha sonra pley-off mərhələsi baş tutacaq.
Bu dəyişikliyə səbəb “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırmalarıdır. Digər klublar oyunların sayının artırılması ilə bağlı AVF-yə müraciət ünvanlayıblar. Federasiya klubların müraciətini nəzərə alaraq Yüksək Liqada qarşılaşmaların 6 dövrədə keçirilməsini qərara alıb.
- Aslan Kərimov: “Qarabağ” "Gent"lə oyunlara Musa ilə çıxıb, qalib də gələ bilər” - MÜSAHİBƏ
- Altay Bayındır “Qalatasaray”a qarşı
- “Qarabağ” – “Neftçi” matçının məkanı dəyişdirildi
- ABL: Təxirə salınmış oyunların vaxtı bəlli olub
- AVRO-2026-nın Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış olublar