"Xankəndi" komandasının yeni baş məşqçisi açıqlanıb
14.01.2026 - 12:56
Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" futbol komandasının yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib.
UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.
Qeyd edək ki, Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.
- Bakıda keçirilən beynəlxalq turnirdə yarımfinalçılar müəyyənləşdi
- Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatına üzv seçilib
- Braziliya KİV Tofiq Bəhramovun Pele haqqında təəssüratından yazdı
- Fransa: “Ümid edirəm ki, əleyhimizə verilən qərarlar dayandırılacaq” - MÜSAHİBƏ
- “Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı
0
0