“Xankəndi” minifutbol komandasının yaradılmasına qərar verilib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat xidməti açıqlayıb.
Federasiyanın prezidenti Orxan Məmmədov milli komandanın sabiq futbolçuları ilə görüşüb. Tədbirdə Əfran İsmayılov, Rəşad Sadiqov, Kamran Ağayev, Cavid Hüseynov, Rahid Əmirquliyev , Elvin Məmmədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev və Elhad Nəzirov kimi tanınmış simalar iştirak ediblər.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov yığma komandamızın sabiq futbolçularının minifutbola maraq göstərməsindən məmnun olduğunu bildirib. Minifutbolun ölkəmizdəki inkişafından və kütləviliyindən danışan Orxan Məmmədov tədbir iştirakçıları ilə söhbətləşib və onların fikirlərini dinləyib.
Yekunda millinin sabiq futbolçularından ibarət “Xankəndi” komandasının yaradılmasına və minifutbol üzrə ölkə çempionatında iştirakına qərar verilib.
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- Merih Demiral 2 aylıq sıradan çıxdı
- III MDB Oyunlarında iştirak edəcək daha iki nümayəndə heyəti ölkəmizə gəlib - FOTO
- Emreli üçün yaşıl işıq: Rəqibi İngiltərəyə gedir
- “Liverpul”un futbolçusu mövsümü erkən başa vurub