“Xəzər Lənkəran”dan “Səbail”ə qədər - 2366 gün...
29.10.2022 - 22:43
“Kəpəz” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi Misli Premyer Liqasının XII turunda “Səbail”i üç cavabsız qolla məğlub edib.
Qərblilər Premyer Liqada 2366 gündən sonra böyük hesabla qalib gəlib. “Kəpəz” üç və ya daha çox top fərqi ilə son qələbəsini 2016-cı il mayın 7-də qazanıb. Həmin gün gəncəlilər səfərdə “Xəzər Lənkəran”a 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, gəncəlilər cari mövsümdə ikinci dəfə hesabına üç xal yazıb.
- Qurban Qurbanov: "Futbolda bizim düşünmədiyimiz nəticələr də qeydə alına bilir"
- Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir
- Çalhanoğlu azarkeşlərlə görüşdüyünə görə cəzalandırılıb
- Miyuşko Boyoviç: “Macarıstanda peşəkar klub Azərbaycandakından çoxdur”
- İngiltərə Kuboku: “Siti” və “Nyukasl” növbəti mərhələdə
0
0