XXIV tura yekun vurulub
28.04.2026 - 21:38
XXIV tura yekun vurulub

Futbol üzrə Azərbaycan II Liqasında XXIV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gündə iki qarşılaşma baş tutub.

Turun mərkəzi oyunu lider "Xankəndi" ilə 2-ci pillədə olan "Qaradağ Lökbatan" arasında baş tutub. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Digər görüşdə isə "Quba" səfərdə "Şəmkir"ə qalib gəlib - 5:2

II Liqa

XXIV tur

"Xankəndi" - "Qaradağ Lökbatan" 1:1
Qollar:
 E.Nəsibov, 45+5  - F.Abbaslı, 90+7
Qırmızı vərəqə: E.Nəsibov, 90+5, B.Teymurov, 90+8 (hər ikisi "Xankəndi")

"Şəmkir" - "Quba" 2:5
Qollar: 
R.Abdullayev, 57, C.Cəlalzadə, 65 - V.Cəfərov, 18, 71 (pen), R.Məhərrəmov, 41, K.Mirzəyev, 45+3, B.Köçərli, 73