“Kür”ün oyunlarına monteneqrolu hakimlər
29.09.2024 - 13:21
![“Kür”ün oyunlarına monteneqrolu hakimlər](https://apasport.az/storage/news/2024/september/29/big/66f91c918a11866f91c918a119172760180966f91c918a11666f91c918a117.jpeg)
Qadın həndbolçulardan ibarət “Kür” komandasının avrokubok oyunlarının hakim təyinatları bəlli olub.
Apasport.az xəbər verir ki, təmsilçimizin Avropa kubokunun 2-ci mərhələsinin “İonias”la oyunlarını eyni referilər idarə edəcək.
Monteneqrolu hakimlər Militsa Paviçeviç və Sladyana Martinoviç iş başında olacaq. EHF nümayəndəsi vəzifəsi isə serbiyalı Zoritsa Masiçə həvalə olunub.
Qeyd edək ki, oktyabrın 5-6-da keçiriləcək oyunlar Afinada baş tutacaq.
0
0