Yığmamızda 260-cı futbolçu
16.11.2022 - 21:01
Azərbaycan millisində debüt gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, Bəxtiyar Həsənalızadə ilk dəfə ölkəmizin əsas komandasında forma geyinib.
“Sabah”ın müdafiəçisi yoldaşlıq görüşündə Moldova önünə start heyətində meydana çıxıb. Bəxtiyar yığma tarixinə 260-cı kimi düşüb. Bunadək 284 matça çıxan millidə 259 futbolçu forma geyinib.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə əvvəlki dönəmdə milliyə dəvət alsa da, indiyə qədər meydana çıxmamışdı.
- Premyer Liqa klubu Çempionşipə düşdü - 11 futbolçu ilə yollar ayrıldı
- Canni De Byazi: "Sabah ağır oyun olacaq, çox qaçacağıq" - MÜSAHİBƏ
- "Səbail" serb futbolçu icarəyə götürdü - FOTO
- Dramatik matç Mahirin komandasını pley-offdan kənarda qoydu
- "Sabah"ın baş məşqçisi Azərbaycan çempionatları tarixində 63-cü oldu
0
0