Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin 1 üzvü rinqdən qalib ayrılıb.
Startda Nikolos Şarabidzeni (Gürcüstan) mübarizədən kənarlaşdıran Zidan Hümbətov (48 kq) 1/8 finalda Maksim Çernelyadan (Moldova) da güclü olub. O, rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:24, 30:26) hesabı ilə məğlub edib.
Boksçumuz 1/4 finalda Emal Hamdamla (İBAG) üz-üzə gələcək. Döyüş iyulun 27-də olacaq.
Qeyd edək ki, birinciliyin 6-cı günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayacaq.
- İlkayın gəlişi De Yonqu ayrılmasına səbəb ola bilər
- Haland: “Məni fahişə adlandırdı və ayaqlarımı sındıracağını dedi”
- 2022-ci ilin ən yaxşı qapıçısı və məşqçisi adına namizədlər – SİYAHI
- Tərtər Olimpiya İdman Kompleksində cüdo zalı fəaliyyətə başlayıb
- Aydın Bayramov: “VAR kamerası hər şeyi aydın göstərir” - MÜSAHİBƏ