Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq
12.03.2025 - 10:18
Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq

Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.

Apasport.az xəbər verir ki, saat 16:00-da “Sərhədçi” ilə “Gəncə” üz-üzə gələcək.

Mərhələnin son matçında, saat 19:00-da isə “Sabah” “Neftçi” ilə qarşılaşacaq.

Hər iki görüş Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ötən gün keçirilən görüşlərində NTD "Şəki"ni 71:66, “Naxçıvan” isə “Abşeron”u 102:60 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.