Azərbaycan Kubokunun qalibi bəlli olacaq
20.04.2024 - 12:24
![Azərbaycan Kubokunun qalibi bəlli olacaq](https://apasport.az/storage/news/2024/april/20/big/662378760dfa8662378760dfa91713600630662378760dfa6662378760dfa7.jpg)
Bu gün basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.
Apasport.az xəbər verir ki, finalda "Xəzri" və "Neftçi" klubları üz-üzə gələcəklər.
“Sərhədçi” İdman Mərkəzində reallaşacaq qarşılaşma saat 15:00-da start götürəcək.
Qeyd edək ki, ötən mövsüm "Gəncə" komandası bu titula sahib çıxıb.
0
0