Basketbolçularımız Avropa çempionu oldular
15.07.2024 - 02:22
Azərbaycan millisi Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının "C" divizionunda final oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda finalda Kipr seçməsi ilə üz-üzə gəlib. Oyunun əvvələrindən üstünlüyü ələ keçirən millimiz Kipr yığması üzərində 69-52 hesablı qələbə qazanaraq ardıcıl ikinci dəfə Avropa çempionu olub.
Xatırladaq ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən U-16 yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62.
- “Neftçi”nin müdafiəçisi: “Daha bir neçə qol vuracam”
- Bakıda beynəlxalq turnirdə 11 ölkə iştirak edəcək
- Kaxaber Tsxadadze: “Hazırlıq prosesindən və futbolçularımızdan çox razıyam”
- "Mançester Yunayted"in yayda etmək istədiyi transferlər bilindi
- Barış Alper Yılmaz və Viktor Osimhenin sağlamlıq durumu açıqlanıb
0
0