
NBA finalında uduzan “Mayami Hits” çempion heyəti qurmaq niyyətindədir.
Apasport.az saytı xəbər verir ki, klub Demian Lillard və Bred Billə maraqlanır.
Son 4 mövsümdə iki dəfə finalda məğlub olan “Mayami” uğursuz seriyaya son qoymağı planlaşdırır. Bunun üçün ulduz basketbolçu transfer etməyi qarşıya məqsəd qoyan klub rəhbərliyi danışıqlara start verib. “Vaşinqton”dan ayrılması gözlənilən Bred Billin keçidi daha şanslı hesab edilir. Amma hadisələrin gedisi Lillardın “Portlend”i tərk etməsini sürətləndirə bilər və bu zaman “Mayami” Demian üçün əla seçim olacaq.
Qeyd edək ki, “Hits” NBA finalında “Denver”ə 1:4 hesabı ilə uduzub.
- “Qalatasaray” polşalı qolkiperlə danışıqlar aparır
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin iştirakçıları bəlli olub
- Cesse Sekidika: "Neftçi"dən "Qalatasaray"a, "Cimbom"dan "Sabah"a
- Boluspor"un rəsmisi: "Eddini istədik, büdcəmiz imkan vermədi" - Müsahibə
- Millimizin keçmiş üzvü həbs edildi