
Azərbaycan Basketbol Liqasının 18-ci turunda “Sumqayıt”la qarşılaşan “Gəncə” doğma meydanda 86:82 hesablı qələbəyə sevinib.
Apasport.az xəbər verir ki, matçdan sonra “Gəncə”nin baş məşqçisi Bedri Meriç oyunla bağlı fikirlərini klubun mətbuat xidmətinə bölüşüb.
Türkiyəli mütəxəssis qələbə qazanmaq üçün əzmkarlıq nümayiş etdirdiklərini bildirib:
“İlk yarıda bir az mübarizədən düşdük. Amma sonuncu periodda oyunçular matçı qazanmaq üçün çox istəkli idilər. Daha yaxşı şəkildə müdafiə olunduq. Ribaundlarda da yaxşı oynayıb qalib gəldik. Bu cür oyuna görə basketbolçulara təşəkkür edirəm. Azarkeşlər də bizi lazımınca dəstəklədilər. Onlara da minnətdarıq. Mövsüm ərzində bəzi oyunlarda səhvlər etdik. Ona görə daha yuxarı yerlərdə ola bilmədik”.
- “Mançester Yunayted”in futbolçusu Bundesliqanın bir addımlığında
- "Araz-Naxçıvan" Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb
- Andrey Lunyovun yeni klubu müəyyənləşdi
- ABL-də yeni mövsümün başlama tarixi açıqlanıb
- Rail Məlikov: “Yığmamız gələcəkdə Avstriya kimi komandalara qalib gələcək” - MÜSAHİBƏ