Roberto Mançini: “İtaliya millisindən ayrılmağı düşündüm”
22.10.2022 - 15:17
“Çətin olsa da, məğlubiyyətləri qəbul etməli və hər şeyi yenidən başlamalıyıq”.
Apasport.az saytının məlumatına görə, bunu İtaliya yığmasının baş məşqçisi Roberto Mançini deyib.
Təcrübəli mütəxəssis DÇ-2022-dən kənardan qaldıqdan sonra istefa vermək barədə düşündüyünü etiraf edib: “Məşq etmək istəyi həmişə var. Getməyi düşünmüşəm? İşlər pis gedəndə məsuliyyətin məşqçinin üzərində olduğu aydındır. Buna görə də getmək barədə düşündüm”.
Qeyd edək ki, İtaliya yığması pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya məğlub olaraq (0:1) Qətərdə mundialdan kənarda qalıb.
- Millimizin Monteneqro ilə oyun üçün heyəti açıqlanıb
- Misli Premyer Liqasında noyabrın ilk yarısının CƏDVƏLİ
- "Mingəçevir"in baş məşqçisi: "Heç kəs belə bir şəxsin kluba gələcəyini demir" - MÜSAHİBƏ
- "Samsunspor"un Konfrans Liqasındakı rəqibi bəlli olub - YENİLƏNİB
- "Neftçi" Serbiya nəhəngi ilə oynayacaq
0
0