“Neftçi” FIBA Avropa Kubokunda mübarizəyə başlayır - YENİLƏNİR
06.10.2026 - 10:10
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi H qrupundakı ilk matçında Yunanıstanda “Mikonos”un qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, H qrupunda “Oradya” (Rumıniya), “Friburq Olimpik” (İsveçrə), VEF (Latviya) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) da mübarizə aparır.
0
0