“Neftçi” Tokio mərhələsində mübarizəni dayandırıb
02.08.2026 - 10:17
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Tokio mərhələsində “Neftçi”nin çıxışı başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi qrup mərhələsinin son oyununda Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.
Hər iki görüşdə qələbə qazanan “Neftçi” qrup lideri kimi 1/4 finala yüksəlib. Bu mərhələdə rəqib Çinin “Beijing” klubu olub.
Gərgin keçən qarşılaşmada Azərbaycan təmsilçisi 17:20 hesabı ilə məğlub olaraq Tokio mərhələsində mübarizəni 1/4 finalda başa vurub.
- Bakıda Dünya Kuboku keçirilir
- Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
- Azərbaycanın 30 güləşçisi Gimnaziadada mübarizə aparacaq
- AFFA İntizam Komitəsi bölgə klubuna texniki məğlubiyyət verib
- "Beşiktaş”da növbəti prezident seçkiləri başa çatıb - SERDAL ADALI QALİB GƏLDİ - YENİLƏNİB
0
0