"Neftçi" yarımfinalda məğlub olub - YENİLƏNİB
24.04.2026 - 00:17
Bu gün Azərbaycan Basketbol Liqasının yarımfinalında daha bir oyun baş tutub.
Apasport.az xəbər verir ki, “Neftçi” “Abşeron Lions” ilə üz-üzə gəlib.
Qarşılaşma "Abşeron Lions"un 95:89 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında ikinci yarımfinal görüşü aprelin 26-da baş tutacaq.
Qeyd edək ki, ötən gün keçirilən “Sabah” - “Gəncə” matçında “bayquşlar” 96:67 hesabı ilə qalib gəlib.
Yarımfinal görüşlərində iki qələbəyə çatan tərəf finala yüksələcək.
0
0