
Bu gün Azərbaycan Basketbol Liqasında VIII tura start verilib.
Apasport.az xəbər verir ki, yeganə matç Bakıda keçirilib.
A qrupunun oyununda "Neftçi" NTD-ni sınağa çəkib. Ötən tur lider "Sabah"ı məğlub edən "ağ-qaralar" ikinci qələbələrini qazanıblar. Ardıcıl 4 oyundur uduzan Tahir Baxşıyevin komandası isə uğursuz gedişə son qoya bilməyib. Meydan sahiblərinin böyük fasiləyə 20 xallıq fərqlə yollanması matçın qalan dəqiqələrinə təsirsiz ötüşməyib. NTD-nin gücü yalnız fərqi 13 xaladək azaltmağa çatıb.
Qeyd edək ki, dekabrın 21-də keçiriləcək turun digər oyunlarında "Sabah" "Abşeron"u, "Lənkəran" "Quba"nı, "Naçıvan" isə "Sərhədçi"ni qəbul edəcək. Dekabrın 22-də isə "Gəncə" "Ordu" ilə, "Sumqayıt" isə "Şəki" ilə üz-üzə gələcək.
Azərbaycan Basketbol Liqası
VIII tur
20 dekabr
A qrupu
20:00. "Neftçi" – NTD - 81:68 (29:19, 23:13, 19:22, 10:14)
Sərhədçi İdman Mərkəzi
- AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov vəfat edib
- İsveç millisi Azərbaycanla oyun üçün heyətində dəyişiklik edib
- Ançelotti "Real" - "Xetafe" matçında hakimlikdən narazı qalıb
- Ayxan Abasov: "O futbolçulara yerli statusu verməliyik"
- PFL-dən Kulinariya Günü sorğusu: Legionerlər Azərbaycanda nə yeyir - VİDEO