“Sumqayıt”da ayrılıq
23.10.2025 - 14:35
“Sumqayıt”da ayrılıq

“Sumqayıt” klubu basketbolçusu Tayris Devislə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Tayris Devis ötən ay “Sumqayıt”la müqavilə imzalamışdı.