Teytum: “Çox maraqlı tarix olacaq”
28.05.2023 - 15:06
![Teytum: “Çox maraqlı tarix olacaq”](https://apasport.az/storage/news/2023/may/28/big/647319c52eff7647319c52eff81685264837647319c52eff5647319c52eff6.jpg)
““Boston”a heç vaxt belə əhval-ruhiyyədə dönməmişəm”.
Apasport.az-ın məlumatına görə, bu sözləri komandanın basketbolçusu Jeyson Teytum söyləyib.
“Mayami” ilə konfrans finalında 0:3 hesabı ilə məğlub olmasına baxmayaraq, “Boston” hesabı bərabərləşdirə bilib. Altıncı qarşılaşmada 104:103 hesabı ilə qalib gələn komandanın lideri səbirsizliklə son matçı gözlədiyini deyib: “Bazar ertəsini səbirsizliklə gözləyirəm. Bu, çox maraqlı tarix olacaq”.
Qeyd edək ki, həlledici oyun mayın 30-da Bostonda keçiriləcək.
0
0