![“Xəzri” “Sabah”a qarşı](https://apasport.az/storage/news/2024/may/19/big/6649e2029a0de6649e2029a0df17161180186649e2029a0dc6649e2029a0dd.jpeg)
Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, “Sabah”la “Xəzri” ikinci duelə çıxacaq.
Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. “Sabah” ilk görüşdə aldığı 75:90 hesablı məğlubiyyətin revanşını almağa çalışacaq. Son çempion bunu bacarmasa, “Xəzri” qızıl medalların bir addımlığında olacaq.
Üç qələbəyə qədər davam edən seriyanın növbəti matçı mayın 22-də keçiriləcək.
Qeyd edək ki, çempionatda bürünc medalları NTD-İNDİQO qazanıb.
Azərbaycan Basketbol Liqası
Final, 2-ci oyun
19 may
19:30. “Xəzri” – “Sabah”
"Sərhədçi" İdman Mərkəzi
Seriyada hesab – 1:0