"Borussiya Dotmund" yeni hücumçusu ilə müqavilə imzalayıb
12.08.2024 - 21:43
!["Borussiya Dotmund" yeni hücumçusu ilə müqavilə imzalayıb](https://apasport.az/storage/news/2024/august/12/big/66ba496f110a166ba496f110a2172348452766ba496f1109f66ba496f110a0.jpg)
Bundesliqa nəhəngi "Borussiya Dotmund" Niklas Füllkruqun boşluğunu yeni futbolçu ilə doldurub.
Apasport.az xəbər verir ki, klub Maksimilian Beyer transferini rəsmiləşdirib.
"Sarı-qaralar" 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, müqavilə 30 iyun 2029-cu ilə qədər qüvvədə olacaq.
0
0