"Xəzri"nin Xaçmaz səfəri
04.02.2024 - 10:57
!["Xəzri"nin Xaçmaz səfəri](https://apasport.az/storage/news/2024/february/04/big/65bf2c5cd458565bf2c5cd4586170702754865bf2c5cd458365bf2c5cd4584.jpg)
Basketbol üzrə ölkə çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün yarışın XIII turunun son matçı oynanılacaq.
Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşmada NTD-İNDİQO "Xəzri"ni sınağa çəkəcək. Basketbolsevərlər saat 14:00-dan etibarən bu maraqlı mübarizəni izləyə bilərlər.
Qeyd edək ki, hesabat turunun digər matçlarında "Xırdalan" "Gəncə"ni 93:87, "Sabah" "Sərhədçi"ni 96:71, "Neftçi" "Sumqayıt"ı 113:96, "Cəlilabad" isə "Şəki"ni 90:86 hesabı ilə məğlub edərək növbəti xalllarını qazanıblar.
0
0