Avtoqol antirekordu
15.05.2023 - 10:48
Misli Premyer Liqasının 2022/23 mövsümündə 17-ci avtoqol qeydə alınıb.
Apasport.az saytının məlumatına görə,
XXXIV turunun “Neftçi” – “Şamaxı” oyununda qonaqların qapıçısı Rəşad Əzizli öz qapısına qol vurub.
Bu matçadək cari mövsümdə 16 avtoqol olmuşdu. Bununla da Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb. 1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/15 mövsümündə yaşanmışdı. Həmin vaxt 17 avtoqol qeydə alınıb. Bu antirekord 8 ildən sonra təkrarlanıb.
Qeyd edək ki, “Neftçi” – “Şamaxı” oyunu 1:1 hesabı ilə başa çatıb.
- Laurentsiu Regekampf ilk yoxlama oyununu dəyərləndirdi - VİDEO
- “Qarabağ”a transferi baş tutmadı, Braziliyada klub tapdı
- "Ordu"nun legioneri: "Burada oynadığım üçün xoşbəxtəm"
- Bellinqem oyunun ən yaxşısı seçildi - İngiltərəni 1/4 finala daşıdı
- Azərbaycan şahmatçısı xəstələndi və mübarizəni dayandırdı
0
0