2 günlə ələ keçən REKORD
24.11.2022 - 23:57
Təcrübəli müdafiəçi Dieqo Qodin dünya çempionatlarında forma geyinən ən yaşlı uruqvaylı futbolçu olub.
Apasport.az saytı xəbər verir ki, "Veles Sarsfild"in üzvü Cənubi Koreya ilə DÇ-2022-nin ilk tur matçında meydana çıxaraq rekordçuya çevrilib.
36 yaş 281 günlük olarkən yığmada çıxış edən Dieqo Qodin həmvətəni Odbulio Xasintonu 2 gün qabaqlayıb. Bu futbolçu 1954-cü il mundialında 36 yaş 279 günlə tarixə düşmüşdü.
Qeyd edək ki, Uruqvay - Cənubi Koreya matçında qapılara qol vurulmayıb.
- Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
- Bəziləri zədəli, bəziləri kənarda qaldı – DÇ-ni buraxacaq ulduzlar
- “Neftçi”nin baş məşqçisi: “Komandamın belə oyunun gördükdə çox sevinirəm”
- "Kəpəz" öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
- Çempionlar Liqası: 2 matçda 10 qol vuruldu - YENİLƏNİB
0
0