AL: "Beşiktaş" Almaniya səfərində - YENİLƏNİR
15.10.2026 - 09:19
AL: "Beşiktaş" Almaniya səfərində - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasının liqa mərhələsində II turun oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri Almaniyada baş tutacaq.

Türkiyənin “Beşiktaş” klubu səfərdə “Hoffenhaym”la üz-üzə gələcək.

Vinçenzo İtalianonun yetirmələri çətin səfərdən xal və xallarla qayıtmağı hədəfləyir. 

İstanbul təmsilçisi turnirə qələbə ilə başlayıb. “Beşiktaş” ilk turda doğma meydanda Fransanın “Marsel” klubunu 4:1 hesabı ilə məğlub edib.

“Hoffenhaym” isə ilk qarşılaşmasında uğursuz nəticə ilə üzləşib. Almaniya təmsilçisi Yunanıstanda OFİ klubuna 0:2 hesabı ilə uduzub.

UEFA Avropa Liqası

Liqa mərhələsi, II tur

15 oktyabr

23:00. “Hoffenhaym” (Almaniya) – “Beşiktaş” (Türkiyə)