Bu gün UEFA Avropa Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılacaq.
Apasport.az xəbər verir ki, püşkatma Monakoda keçiriləcək.
Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Liqa mərhələsində 36 komanda mübarizə aparacaq və onlar 4 səbətə bölünüb.
Səbətlər belədir:
1-ci səbət:
“Bayer” (Leverkuzen, Almaniya)
“Benfika” (Portuqaliya)
“Yuventus” (İtaliya)
“Milan” (İtaliya)
“Lion” (Fransa)
“AZ Alkmaar” (Niderland)
“Olimpiakos” (Yunanıstan)
“Real Sosyedad” (İspaniya)
“Marsel” (Fransa)
2-ci səbət:
“Ferentsvaroş” (Macarıstan)
“Viktoriya Plzen” (Çexiya)
“Union” (Belçika)
“Dinamo Zaqreb” (Xorvatiya)
“Zalsburq” (Avstriya)
“Seltik” (Şotlandiya)
“Sparta Praqa” (Çexiya)
“Renn” (Fransa)
“Anderlext” (Belçika)
3-cü səbət:
“Şturm Qrats” (Avstriya)
“Lex” (Polşa)
“Kristal Pelas” (İngiltərə)
“Bornmut” (İngiltərə)
“Sanderlend” (İngiltərə)
“Selye” (Sloveniya)
“Yagelloniya” (Polşa)
“Omoniya” (Kipr)
“Selta” (İspaniya)
4-cü səbət:
“Hoffenhaym” (Almaniya)
“Beşiktaş” (Türkiyə)
“Torreense” (Portuqaliya)
“Hapoel" (Beer-Şeva, İsrail)
NEK (Niderland)
“OFİ” (Yunanıstan)
“Lillestrem” (Norveç)
“Levski" (Sofiya, Bolqarıstan)
“Ararat-Armeniya” (Ermənistan).
Qeyd edək ki, yeni formatda hər komanda liqa mərhələsində 8 fərqli rəqiblə qarşılaşacaq. Görüşlərin 4-ü evdə, 4-ü isə səfərdə keçiriləcək.
Liqa mərhələsinin ilk oyunları 16-17 sentyabr tarixlərində baş tutacaq.