Arnar Qunnlauqsson: “Çox zəhmət çəkdik”
06.09.2025 - 02:23
Arnar Qunnlauqsson: “Çox zəhmət çəkdik”

DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçından (5:0) sonra meydan sahiblərinin baş məşqçisi Arnar Qunnlauqssonun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bildirib.

"Bizim oyun üslubumuz yaxşı nəticə verdi. Bəlkə hər kəs bununla razılaşmaz, amma mən komandamın oyunundan çox məmnunam. Əsas məqsəd seçmə mərhələyə uğurlu start vermək idi. Ən vacibi odur ki, işi sona çatdırıb qələbə qazandıq. Hesaba baxmayaraq, buna nail olmaq üçün çox zəhmət çəkdik".