![Avropanın ən güclüsü bilindi: 5 ildən sonra 5-ci dəfə...](https://apasport.az/storage/news/2022/august/10/big/62f3afb68ede762f3afb68ede8166013739862f3afb68ede462f3afb68ede5.jpg)
Avropanın ən böyük klubu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA Superkuboku matçı keçirilib.
Ötən mövsüm Çempionlar Liqasını qazanan “Real”la Avropa Liqasının qalibi “Ayntraxt” üz-üzə gəlib. Helsinkidə baş tutan qarşılaşmada sensasiya olmayıb. Hər hissədə rəqib qapısına bir qol vuran madridlilər 2:0 hesablı qalibiyyətə sevinib. İspaniya çempionunun heyətində David Alaba (37-ci dəqiqə) və Kərim Benzema (65) fərqlənib.
Bununla “Real” tarixində 5-ci dəfə UEFA Superkubokunu muzeyinə aparıb. Eyni zamanda 5 illik həsrətə son qoyan “kral klubu” yarışın ən titullu klubları “Milan” və “Barselona”nın rekorduna şərik çıxıb.
“Ayntraxt” isə tarixində ilk dəfə çıxdığı Superkubok görüşündə məğlub olub.