Azərbaycan millisindən növbəti qələbə - YENİLƏNİB
25.10.2026 - 13:39
Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalında Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Famil Xəlilovun yetirmələri Andorra yığması ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yığmamız turnirdəki ilk matçında Şərqi Timor komandasını 6:0 hesabı ilə məğlub edib.
0
0