Braziliya millisinin üzərində “qara buludlar”: RAFİNYA DA SIRADAN ÇIXDI
20.06.2026 - 12:57
Braziliya millisinin üzərində “qara buludlar”: RAFİNYA DA SIRADAN ÇIXDI

Braziliya millisinin futbolçusu Rafinyanın durumu ilə bağlı açıqlama verilib.

Apasport.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası hücumçunun DÇ-2026-nın qrup mərhələsində Haiti ilə matçda zədələndiyini bildirib.

Rafinya C qrupunun II tur görüşünün 40-cı dəqiqəsində sağ budunun arxa əzələsində ağrı hiss edib. Futbolçu meydanda tibbi yardım aldıqdan sonra əvəzlənib. CBF-in açıqlamasına görə, “Barselona”nın üzvü artıq müalicəyə başlayıb və onun vəziyyəti yenidən qiymətləndiriləcək.

Qeyd edək ki, Braziliya Haiti üzərində 3:0 hesablı qələbə qazanıb. Komanda 2 turdan sonra 4 xalla C qrupunda liderdir. Karlo Ançelottinin rəhbərlik etdiyi yığma qrup mərhələsinin son oyununda iyunun 24-də Şotlandiya ilə qarşılaşacaq.