![Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri üz-üzə](https://apasport.az/storage/news/2022/july/20/big/62d7af8d1dae762d7af8d1dae8165830234962d7af8d1dae462d7af8d1dae6.webp)
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti matçları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 5 qarşılaşma baş tutacaq.
Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ”ın III raunddakı potensial rəqibləri “Ferensvaroş”la “Slovan” birincilərin meydanında üz-üzə gələcək.
Türkiyə klubu “Fənərbaxça” isə Polşada Kiyev “Dinamo”sunun (Ukrayna) qonağı olacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, İlk oyunlar
20 iyul
20:00. HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya)
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Fənərbaxça” (Türkiyə)
22:00. “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya)
22:15. “Maribor” (Sloveniya) – “Şerif” (Moldova)