Gəncə 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilib
12.04.2024 - 22:00
Gəncə şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı elan edilib.
Apasport.az xəbər verir ki, bu barədə MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasında qərar qəbul olunub.
Toplantının bəyanatında 2025-ci ildə Gəncə və 2026-cı ildə isə Almatı şəhərinin MDB-nin idman paytaxtı elan edildiyi bildirilib.
Gəncə 2025-ci ildə III MDB Oyunlarına ev sahibliyi edəcək. İclasda iştirak edək Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxışında ölkəmizin beynəlxalq turnirə yüksək səviyyədə hazırlaşdığını qeyd edib.
- Malavi qalib gələcək, Bolqarıstanda qarşılıqlı qol olacaq - PROQNOZ
- Millimiz yenə Belarusa məğlub oldu
- Millimizin kapitanı: “Təşkilatçılıqla bağlı başqa çətinlik var”
- Rəşad Sadıqov: “Mükafatçılar sırasına düşmək də istəsəm də, bunu demirdim”
- "Barselona" ilə "Real" rəhbərliyi arasında münasibətlər korlanır
0
0