FIFA-dan DÇ-2030 və DÇ-2034 qərarı
11.12.2024 - 21:51
FIFA-nın onlayn şəkildə növbəti konqresi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə DÇ-2030 və DÇ-2034 turnirlərinə ev sahibliyi edəcək ölkələrin adları bəlli olub.
Bu barədə qurumun mətbuat xidmətindən rəsmi açıqlama yayılıb.
2030-ci ildə baş tutacaq mundialın İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi təsdiqlənib. 2034-cü il dünya çempionatının isə Səudiyyə Ərəbistanında təşkilinə qərar verilib.
Qeyd edək ki, 2030-cu il çempionatı turnirin 100 illik yubileyi münasibətilə müxtəlif ölkələrdə təşkil olunacaq.
- Xisko Munyoz: "Komanda avrokuboklara çıxıbsa, demək ki, yaxşı səviyyədədir"
- AVF prezidenti Qax OİK-də keçirilən təlim-məşq toplanışında iştirak edib
- İngiltərə millisinin üzvü "Nyukasl"ı tərk edib - RƏSMİ
- “Nyukasl” “Tottenhem”i son piləyə yolladı
- Türkiyə klubu "Qarabağ"a qol vuran futbolçu ilə maraqlanır
0
0