Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Apasport.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
"Çelsi" səfərdə Polşa klubu "Legiya"nın qonağı olub. Qonaqlar rəqibinə heç bir şans tanımayıb. Görüş "zadəganlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər matçında "Real Betis" öz meydanında "Yagelloniya"nı 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, ilk oyunlar
10 aprel
20:45. "Legiya" (Polşa) - "Çelsi" (İngiltərə) 0:3
23:00. "Betis" (İspaniya) - "Yagelloniya" (Polşa) 2:0
23:00. “Sele” (Sloveniya) - "Fiorentina" (İtaliya) 1:2
23:00. "Yurqorden" (İsveç) - "Rapid" (Avstriya) 0:1
- Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir - FOTO
- Vitali Borisov: "Kimin sənədinin düz olub-olmadığını..."
- Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
- Tahir Gözel: “Bu komandanın potensialına ürəkdən güvənirəm”
- Mariya Stadnik və Alyona Kolesnik Avropa çempionatının yarımfinalında