Kosta-Rikadan 8 illik həsrətə son
27.11.2022 - 17:21
Kosta-Rika millisi mundiallarda 8 illik həsrətə son qoyub.
Apasport.az saytı xəbər verir ki, mərkəzi amerikalılar buna Qətərdə keçirilən dünya çempionatında nail olub.
E qrupunun II turunda Yaponiyanı məğlub edən Luis Fernando Suaresin yetirmələri 3082 gündən sonra analoji turnirdə qələbə qazanıb.
"Üçrənglilər" sonuncu dəfə DÇ-2014-də İtaliya yığmasına 1:0 qalib gəlmişdi. Statistika əsas vaxtda qeydə alınan nəticələr nəzərə alınıb.
Qeyd edək ki, Kosta-Rika millisi növbəti matçını Almaniya seçməsinə qarşı keçirəcək.
- Yığmamızın oyunlarına təyinatlar açıqlandı - YENİLƏNİB
- Fabiyan Buntiç: “Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar"
- Regekampf: “Söz verə bilərəm ki...” - MÜSAHİBƏ
- Bakıda qol vuran hücumçu “Qarabağ”ın TRANSFER SİYAHISINDA
- Avropa Liqası: "Beşiktaş" 6 qolluq səfər görüşündən üstünlüklə qayıdır
0
0