Levandovskinin “Barselona”dakı qazancı bilindi
12.06.2022 - 00:38
Robert Levandovskinin “Barselona” ilə müqaviləsinin maliyyə şərtləri məlum olub.
Apasport.az saytının məlumatına görə, “Bavariya”nın hücumçusu İspaniya klubuna keçəcəyi təqdirdə, daha bir mövsüm uzatmaq ehtimalı ilə 2 illik sözləşmə imzalayacaq.
Polşa millisinin kapitanının alacağı məvacib də bəllidir. 34 yaşlı oyunçu vergini çıxdıqdan sonra ilinə 12 milyon avro alacaq. “Barselona” transfer məbləğinin 30 milyon avrodan çox olmamasına çalışır.
Qeyd edək ki, Robert Levandovskinin “Bavariya” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
- Saka ən yaxşı adına layiq görülüb
- Ayın ən yaxşı baş məşqçisi bəlli oldu
- Lineker: "Mbappe finalda xüsusi bir şey etməsə, Messi "Qızıl top"u qazanacaq"
- "Qarabağ" və "Neftçi"nin üzvləri Türkiyəyə qarşı matçda məğlub oldular - VİDEO
- Millətlər Liqası: Xorvatiya Fransanı, Ukrayna Belçikanı məğlub etdi - YENİLƏNİB
0
0