
İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Kriştianu Ronaldosuz "Mançester Yunayted" "Börnli"ni Kristian Eriksen və Markus Rəşfordun qolları ilə 2:0 məğlub edərək 1/4 finala çıxıb.
Bundan əvvəlki mərhələdə "Arsenal"ı turnirdən kənarlaşdırmış "Brayton" isə "Çarlton"la bacarmayıb. Əsas vaxtı qolsuz başa çatmış oyunda "Brayton" penaltilər seriyasında 3:4 uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, dekabrın 20 və 21-də keçirilmiş oyunlardan sonra sensasiya baş verməmiş və Premyer Liqa klubları – "Lester", "Nyukasl", "Sauthempton", "Vulverhempton" və "Notinqem Forest" mərhələ adlamışdı. Bu mərhələnin ən maraqla gözlənilən oyunu – "Mançester Siti" – "Liverpul" matçından sonra 1/8 finala yekun vurulacaq.
- İrina Zaretska: “Bütün gücümlə yarışa hazıram”
- Dünya çempionları “Vugar Gashimov Memorial-2022”də oynayacaq
- Canni de Byazi: “İndi qol vurmağa, nəticə qazanmağa başlamalıyıq” - MÜSAHİBƏ
- “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib
- 20 yaşadək futbolçulardan ibarət 2023-cü ilin rəmzi komandası bəlli oldu