Mbappe ÇL tarixində ilkə imza atıb
16.04.2026 - 11:48
Mbappe ÇL tarixində ilkə imza atıb

“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında unikal nailiyyətə imza atıb.

Apasport.az xəbər verir ki, o, bunu 1/4 final mərhələsinin “Bavariya” ilə cavab oyununda (3:4, ilk matç – 1:2) fərqlənməklə bacarıb.

Bu qol 27 yaşlı forvardın cari mövsümdə Çempionlar Liqasında səfər oyunlarında vurduğu 10-cu qol kimi qeydə alınıb. Beləliklə, Mbappe turnirin tarixində bir mövsümdə səfərdə 10 qol vurmağı bacaran ilk futbolçu olub.

Qeyd edək ki, “Real Madrid” “Bavariya”ya hər iki oyunda məğlub olaraq turnirlə vidalaşıb.