Millimiz məğlub oldu
07.03.2026 - 20:09
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatı – 2027-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.
Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşıb.
Felksut şəhərindəki “Panço Arena”da təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz ilk turda Bakıda Şimali Makedoniya yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Komandamız növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.
- "Barselona" "Yuventus"un futbolçularına elçi düşdü
- Millilərimiz Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər
- “Kəpəz” “qış təmizliyinə” hazırlaşır – iki legionerlə yollar ayrılacaq
- “Liverpul”un Arda Güler planı: Virtsi "qurban" verə bilər
- Erik Ramos: “Həqiqət budur ki, “Qarabağ”ı təbrik etməliyik” - Müsahibə
0
0