Azərbaycan minifutbol millisi Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında yarımfinala yüksəlib.
Apasport.az-ın məlumatına görə, komandamız, 1/4 final mərhələsində Çexiyanı 5:2 hesabı ilə məğlub edib.
Millimizin yarımfinaldakı rəqibi də bəlli olub.
Həlledici matça gedən yolda Macarıstan Ukrayna ilə, Azərbaycan millisi isə Serbiya ilə qarşılaşacaq.
Xatırladaq ki, yarımfinal matçları iyunun 3-də, final iyunun 4-də baş tutacaq.
***
14:23
Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri Çexiya ilə üz-üzə gələcək.
Qarşılaşma "Tipos Arena"da saat 00:00-da start götürəcək.
Cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından güclü olub - 3:2.